Tribuna İnformasiya Agentliyi

Çay kənarında 52 kəsilmiş insan biləyi tapıldı

09 Mart

Rusiyanın Xarobsk vilayətinin Amur çayı yaxınlığında yerləşən “Beşennaya” adasında çoxsaylı insan sümükləri aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə mətbuata balıqçılar məlumat verilib. Bildirilir ki, ərazidə 26 nəfərinə məxsus 52 kəsilmiş insan biləyi tapılıb.

Balıqçılar cinayət ehtimalı olmasından qorxaraq hadisə yerinə polis çağırıblar. Polis əraziyə baxış keçirən zaman daha bir dəhşətli fakt orataya çıxıb. Tapılan biləklərin əksəriyyətinin barmaqları da kəsilmiş olub.

Faktla bağlı istintaq başladılıb. Xüsusi istintaq qrupu daktiloskopik ekspertiza keçirəcək.

İlkin məlumatlara görə, donmuş və qaralmış vəziyyətdə olan biləklərin kimliyi bəlli olmayan cəsədlərə aid olduğu güman edilir. Bəzi biləklərin üzərindəki bintlər əsasında ekspertlər biləklərin tibbi müəssisələrdə amputasiya edildikdən sonra atıldığı qənaətinə gəliblər.

Yerli balıqçılar isə bu ərazidə yaxın bir neçə ay ərizndə şübhəli vəziyyətin yaşanmadığını deyiblər.

Məsələ ilə bağlı Rusiyada federasiyanın qanunlarına əsasən, (“Rusiya Federasiyasında vətəndaşların sağlamlığın qorunmasının əsasları haqqında” qanun) tibb müəssisələrində amputasiya edilmiş orqanlar lazımi qaydada və normalara uyğun olaraq basdırılmalıdır.