ÇAVUŞOĞLU VƏ LAVROV GÖRÜŞÜ: RUSİYA ANLADI Kİ, AZƏRBAYCAN TÜRKİYƏNİN QIRMIZI XƏTTİDİR…backend

ÇAVUŞOĞLU VƏ LAVROV GÖRÜŞÜ: RUSİYA ANLADI Kİ, AZƏRBAYCAN TÜRKİYƏNİN QIRMIZI XƏTTİDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çavuşoğlu və Lavrov arasında görüşdən belə qənaətə gəlmək olar ki, Cənubi Qafqaz məsələsi tərəflər arasında müzakirə olunmuş ən məhsuldar məsələlərdən biri olub.
TİA.Az-ın xəbərinə görə, Lavrov yaxşı başa düşür ki, Türkiyə və Azərbaycanın iştirakı və razılığı olmadan nəyinsə əldə edilməsi o qədər də inandırıcı deyil. Həm Ermənistan, həm də Rusiya üçün regionda mövcudluğunu qoruyub saxlamağın yolu iqtisadi və kommunikasiya əlaqələrinin qurulmasından keçir.
Lavrov onu da etiraf etmiş oldu ki, Türkiyə Azərbaycan üçün təminatçı ölkədir və Azərbaycana qarşı hər hansı təziq göstərməkdənsə, Türkiyə ilə mehriban münasibət qurub, Türkiyənin vasitəsi ilə Azərbaycandan hansısa məsələdə razılıq almaq məcburiyyətindədirlər.
Lavrov bildirib ki, Türkiyə və Rusiya üçün əməkdaşlığının əlavə istiqamətlərindən biri regionda, yəni Cənubi Qafqazda ticari-iqtisadi, nəqliyyat əlaqələrinin bərpa edilməsidir.
O, fikirlərini bununla əsaslandırıb ki, “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” mexanizminin yaradılması təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq və ilk vaxtlar üçün yaxşı planlarımız var. Bir daha təkrar edirəm, Azərbaycan-Ermənistan məsələsində sıx və səmərəli əməkdaşlıq bizi qane edir”.
Rusiya XİN başçısının bu açıqlamaları onu göstərdi ki, bir neçə məsələ özləri üçün daha yaxşı aydındır:
Birincisi, Rusiya artıq regionda dominant mövqedə deyil. Artıq regionda Türkiyə də var və Rusiya onunla hesablaşmağa məcburdur. İkincisi, Azərbaycan Türkiyənin qırmızı xəttidir və o xətti tapdamaq olmaz. Üçüncüsü, əgər Rusiya Ermənistanı mövcud durumdan xilas etmək istəyirsə həm Türkiyə, həm də Azərbaycanla dil tapmağı bacarmalıdır.
Dördüncüsü, Zəngəzur dəhlizinin açılması və kommumikasiyaların qurulması sanksiyalar səbəbində çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatının yenidən canlanmasına təkan ola bilər. Xüsusilə də 3+3 formatında təklif edilmiş platforma daha məntiqəuyğundur.
Nəhayət, Lavrovun çıxışından belə qənaətə gəlmək olar ki, Rusiya indi daha çox regionda mövqeyini qorumağa çalışır.

TİA.Az