ÇAVUŞOĞLU NATO-DAKI İCLASDAN BİRBAŞA BAKIYA NİYƏ GƏLDİ? – EKSPERTDƏN İLGİNC RƏYbackend

ÇAVUŞOĞLU NATO-DAKI İCLASDAN BİRBAŞA BAKIYA NİYƏ GƏLDİ? – EKSPERTDƏN İLGİNC RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun Brüsseldə keçirilən fövqəladə NATO toplantısından Ankaraya deyil, birbaşa Bakıya səfər etməsi kifayət qədər diqqətçəkici haldır. Ukraynada gedən müharibə fonunda Çavuşoğlunun Bakıya gəlişi ondan xəbər verir ki, böhranın həlli üçün vasitəçilik rolunu müzakirə etmək, məsləhətləşmə aparıblar”. Bu sözləri Tribuna.az-a siyasi ekspert Ramiyə Məmmədova deyib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan birgə addımlar ata bilər.

Ekspert hesab edir ki, səfərin əhəmiyyəti həm də müttəfiqliyin daha da güclənməsi, xarici təhlükələrə qarşı əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır: “Prezident İlham Əliyev Çavuşoğlunu qəbul edərkən özəlliklə Şuşa bəyannaməsi bir daha yada salındı, bu tarixi sənədin əhəmiyyəti vurğulandı. Təbii ki, Moskvada imzalanan Mütəffiqlik Bəyannaməsindən sonra Çavuşoğlu ilə bu məsələlərin müzakirəsi labüd idi. Ankara əmin olmalıdır ki, Moskva sənədi Şuşa sazişinə əngəl olmayacaq”.

R.Məmmədova Çavuşoğlunun Brüsseldən Bakıya gəlməsini daha çox Ukraynadakı müharibə ilə əlaqələndirir: “Baxmayaraq ki, regionda baş verən bu hadisələr üstüörtülü dilə gətirildi, daha çox iki qardaş ölkənin müttəfiqliyindən danışıldı, bununla belə Ukrayna müharibəsi diqqət mərkəzindədir. Ərdoğan da açıqladı ki, Rusiya və Ukrayna arasında atəşkəs əldə olunması üçün səyləri davam etdirir. Bu məsələdə Bakının da Ankara ilə koordinasiyalı hərəkət etdiyi istisna deyil”.

TİA.AZ