Tribuna İnformasiya Agentliyi

Çavuşoğlu: “Bir çox ölkələr ABŞ-dan qorxur”

12 May

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürmək qərarının səhv olduğunu bildirib

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb. “ABŞ səhv qərar verib və buna qarşı vahid mövqe sərgilənməlidir. Son zamanlar islam dünyasında, xüsusən də Ərəb Dövlətləri Liqasında Vaşinqtonun bu qərarı ilə bağlı ziddiyyətli fikirlə səslənir. Bir çox ölkələr ABŞ-dan qorxduqları üçün Fələstinə dəstək verməkdən imtina edirlər.” – deyə Çavuşoğlu vurğulayıb.
O qeyd edib ki, əgər Türkiyə tək qalsa da və beynəlxalq birlik fələstin xalqını və Qüdsün statusunu dəstəkləməkdən imtina etsə də, bu, Ankaranın məsələ ilə bağlı mövqeyini dəyişməyəcək: “Ankara susmayacaq və Fələstini dəstəkləməyə davam edəcək.” Qeyd edək ki, daha öncə Kubanın nazirlər kabineti və dövlət şurasının sədri Migel Dias-Kanel də ABŞ-ın səfirliyini Qüdsə köçürmək qərarını pisləyib.