Çavuşoğlu: “Atəşkəsə nəzarət mərkəzləri Azərbaycanın icazə verdiyi yerlərdə qurulacaq”backend

Çavuşoğlu: “Atəşkəsə nəzarət mərkəzləri Azərbaycanın icazə verdiyi yerlərdə qurulacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atəşkəsə nəzarət mərkəzi Azərbaycan torpaqlarında bizə verdiyi yerlərdə olacaq. Ev sahibinə hörmətsizlik etmək olmaz. Mən bunu ruslara da dedim”.

TİA.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, mərkəzin hansı şəhərdə və bölgədə olacağı barədə nəsə demək hələ tezdir:

“Biz əlbəttə, mərkəzin harada olması ilə bağlı təkliflər verəcəyik. Ancaq Azərbaycanın icazə verdiyi yerlərdə mərkəzlər qurulacaq”.