CAVİD QURBANOVUN YERİNƏ KEÇƏN HİCRAN VALEHOVDAN FAKTLAR: AVROPADA BİZNES VƏ …backend

CAVİD QURBANOVUN YERİNƏ KEÇƏN HİCRAN VALEHOVDAN FAKTLAR: AVROPADA BİZNES VƏ …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxsin sədr müavini Hicran Valehov olduğu haqda xəbərlər yayılıb. Cavid Qurbanovun sədr postundan kənarlaşdırılmasından sonra qurumda sədr səlahiyyətlərini H.Valehov icra edir. TİA.Az sədr müavini ilə bağlı özəl informasiyalar əldə edib.
Əldə etdiyimiz xəbərə görə, H.Valehov C.Qurbanovun həmyerlisidir, eləcə də qurumda onun “sağ əli” kimi tanınır. Ümumiyyətlə, uzun illərdir ki, C.Qurbanov hansı vəzifədə çalışıbsa, Valehovu yanında olub.
Hətta Valehovdan bir sıra məsələləri məsləhətləşdiyi haqda informasiyalar dolaşır. Bundan başqa, sədr müavininin geniş maliyyə imkanları olduğu, böyük biznes sahibi kimi fəaliyyət göstərdiyi də deyilir. H.Valehovun ölkə xaricində də biznesinin olması haqda danışılır.
Məlumata görə C.Qurbanovla birgə işlədiyi dövrdə böyük pullar qazanmış müavin sürətlə oliqarxa çevrilib. Lakin o, bu müddətdə diqqətdən kənarda qalmağı bacarıb və haqqında danışılmayıb.
Belə iddialar da var ki, onun sədr vəzifəsinə təyin olunması gözlənilir. Odur ki, bunun üçün təqdimatının siyasi rəhbərliyə çatdırılması lazımdır.
Bir müddət əvvəl Hicran Valehovun Avropada biznesi olması barədəməlumat yayılmışdı. Araşdırmanı jurnalist Cavanşir Həsənli paylaşmışdı. Keçmiş nəqliyyat nazirinin müavini, sabiq baş dəmiryolçu Arif Əsgərovun Slovakiyada oğullarının adına açdığı “ELUREL TRANS S.R.O.” şirkəti (Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady) Nəqliyyat Nazirliyi ləğv olunandan sonra əlindən alınıb.
Şirkət əvvəlcə Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun və xanımının adına keçirilib. 2018-ci ilin aprelin 4-dən isə Hicran Valehovun adına rəsmiləşdirilib. Şirkət faktiki olaraq bir dəmiryolçudan başqa dəmiryolçuya keçib. Fəxri konsul isə Hicran Valehovun şəriki olub.
Sənədlərə görə cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorová 5803/8, Pezinok 902 01.
Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var. Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “C E T S, s.r.o.” şirkətinin sənədlərinə görə 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsi ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə A L L İ A N C E – G R O U P şirkətidir. 200 min çex kronu nizamnamə kapitalı olan C E T S, s.r.o. hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021).
2017-ci ildə şirkət çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb.
Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda Alliance-group.eu, spol. s r.o şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir.
Qeyd eədk ki, o, 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.
2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini tutub. 2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

TİA.Az