CAVİD QURBANOVDAN PREZİDENTİN AÇILIŞINI ETDİYİ LAYİHƏDƏ SAXTAKARLIQ – YARIMÇIQ YOL…backend

CAVİD QURBANOVDAN PREZİDENTİN AÇILIŞINI ETDİYİ LAYİHƏDƏ SAXTAKARLIQ – YARIMÇIQ YOL…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Hətta Bakıxanov stansiyası yenidən qurularkən avtomobillər qatarın gəlişini gözləməsin deyə bir yeraltı tunel istifadəyə verildi.
Bu tunel Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində yerləşir.
Çünki əvvəllər qatar keçəndə “Komsomol dairəsi”ndən Heydər Əliyev prospektinə çıxış yolunda nəqliyyatın hərəkəti dayandırılırdı. İndisə bu problem aradan qalxıb. Amma…
TİA.Az xəbər verir ki, amması QSC tərəfindən tunel istifadəyə verilərkən yolun asfaltlanmasında edilən maxinasiya və yarımçıqlıqdır. “Komsomol dairəsi”ndən gəlib tunelə daxil olan, yaxşı asfaltla şütüyüb prospektə keçid etmək istəyənlərin axıra qədər yaxşı yol arzusu ürəyində qalır. Çünki QSC sədri Cavid Qurbanov prezidentin açılışında iştirak etdiyi bu layihədə işi sona çatdrmayıb. Tuneldən çıxdıqdan sonra təxminən 40-50 metr asfalt yol gedirsən, qalanı isə dəlmə-deşik, çala-çuxur, kələ-kötür…
Halbuki heç 1 kilometr olmayan həmin yolu axıra qədər asfaltlamaq adi bir iş idi. Amma QSC tunelin çıxışını bir qədər asftlayıb aradan çıxıb. Ehtimal ki, yolun tamamilə asfalt olunması üçün vəsait ayrılıb, amma maliyyə həzm-rabedən keçirilib.
Bu yoldan istifadə edənlər də şahiddirlər ki, C.Qurbanovun rəhbəri olduğu qurum necə cılız bir addım atıb. Nəticədə dağılıb-tökülmüş bu yolda sürücülər əziyyət çəkir, maşınlar xarab olur.
Axı bu yarımçıqlıq nəyə lazım idi?! Əslində ortada ciddi saxtakarlıq faktı var. Yaxın günlərdə həmin ərazidən reportaj təqdim edəcəyik.

TİA.Az