Cavanşir Quliyev Mikayıl Müşfiqə həsr etdiyi oratoriyanı bitirdibackend

Cavanşir Quliyev Mikayıl Müşfiqə həsr etdiyi oratoriyanı bitirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın faciəli şairi Mükayıl Müşfiqin həyat və yaradıcılığından bəhs edən əsər yazılıb.
Bu barədə bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev məlumat verib. Bəstəkar bildirib ki, “Müşfiq ağıları” adlı əsər bütün bütün haqları pozulan insanlara ithaf edilib:

 

 

“Nəhayət bitirdim. İllərlə içimdə bəsləyib yetişdirdiyim hər şeyə rəğmən inadla yazmaq istədiyim “Müşfiq  ağıları” oratoriyasını bitirdim. Əsər Müşfiqin acı taleyindən bəhs edir.  Onun faciəsi cəmiyyətə dərs olmadı. İndi də insanlar ədalətsizliyə susur, kənardan baxırlar. Əsər bütün haqları pozulanlara həsr olunub”.
Qeyd edək ki, liberettonun müəllifi Sabir Rüstəmxanlıdır. Əsər bir saat səslənir və 13 hissədən ibarətdir.