Cavanşir Məmmədov: Xəyanəti yaradan ərlə arvad arasındakı androloji-seksoloji problemlərdirbackend

Cavanşir Məmmədov: Xəyanəti yaradan ərlə arvad arasındakı androloji-seksoloji problemlərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Cavanşir Məmmədov maraqlı açıqlama ilə gündəmə gəlib.AZXEBER.COM xəbər verir ki, o, Space Tv-də yayımlanan “Elin sözü” verilişində xəyanət mövzusundan danışıb.

Cavanşir Məmmədov qeyd edib ki, ərlə arvad arasında xəyanətə əsas səbəb seksoloji problemlərdir:
 
“Əsas xəyanəti yaradan ərlə arvad arasında androloji-seksoloji problemlərdir. Kişinin zəifliyi, qadının kişini düzgün başa düşməməsi hər şey buradan başlayır. Günü-gündən kişi yatanda üzünü çevirir. Qadın da fikir edir ki, yəqin kişi axşam başqa yerdən gəlib. Ancaq əslində yazıq heç bir yerdən gəlməyib”.
 
O, həmçinin qeyd edib ki, bunları bilmək üçün kitab oxumaq lazımdır
 
Kişinin orqanizmi qadının orqanizmi ilə əks təsir göstərir, əks müqavimət göstərir. 45, 50 yaşdan sonra zəifləyir, qadında isə başqa cür olur. Bunları bilmək üçün kitab oxumaq lazımdır, ailə məsələsini dərindən müzakirə etmək lazımdır. Yoxsa ki, həkimin yanına gedirsən, deyir ki, müalicə edəcəm, demir ki, get, arvadınla gəl”.