CAVANŞİR FEYZİYEVİN OĞLU OBYEKTİNİ BU AGENTLİYƏ VERDİ – İLİ 1 MİLYON 176 MİNƏ…backend

CAVANŞİR FEYZİYEVİN OĞLU OBYEKTİNİ BU AGENTLİYƏ VERDİ – İLİ 1 MİLYON 176 MİNƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir fəaliyyətə başlayıb, pilot layihələr edib. Amma bu layihələr haqda məlumatlar yaymayıb, fəaliyyəti ilə bağlı ciddi suallar var. TİA.Az xəbər verir ki, Agentlikdən razılıq edənlər də az rast gəlinir.
İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb – müqavilənin dəyəri 1 milyon 176 min manatdır.
Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada…
Bu barədə iqtisadçı Natiq Cəfərli yazıb. Onun sözlərinə görə, məsələnin maraqlı tərəfi odur ki, həmin obyektin sahibi gənc bir insandır – Orxan Feyziyev: “Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur.
Bu da Azərbaycan fenomenidir – bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderlər udurlar”.

TİA.Az