Cavanşir Feyziyevin “Avromed” yalanı: 2012-də memorandum imzalayıb, 2016-da səhmləri satıb…-VİDEObackend

Cavanşir Feyziyevin “Avromed” yalanı: 2012-də memorandum imzalayıb, 2016-da səhmləri satıb…-VİDEO

2002-ci ilin aprelində Cavanşir Feyziyevin rəhbərliyi ilə fəaliyyətə başlamış və ölkədə ən böyük dərman monopolistlərindən sayılan “Avromed Company” QSC ilə bağlı qalmaqallar səngimir.

Koronavirus pandemiyası dövründə ölkədə dərman preparatları ilə bağlı yaranmış problem, bəzi preparatların çatışmaması, həmçinin apteklərdə tapılmaması və s. kimi hallar şirkətin adını yenidən gündəmə gətirib. Belə ki, Mingəçevirdə fəaliyyət göstərən bir neçə əczaçı – aptek sahibi şirkətin fəaliyyətindən şikayətçidir.

Onlar Afn.az-a deyiblər ki, şirkət koronavirusun müalicəsində istifadə olunan dərmanları onlara satmır: “Tarif Şurası tərəfindən qiyməti tənzimlənən virus əleyhinə “arbidol” pereparatının distribüteri olan “AvroMed” şirkəti bu pereparatı ancaq öz apteklərinə verir. Bizim kimi lisenziyası olan apteklərin sifarişini, depoda yoxdur deyə geri çevirirlər”.

“Avromed” yaranmış durumdan istifadə edərək rəqib aptekləri sıradan çıxarmağa çalışır: “Ancaq hamımız bilirik ki, öz doktalarına (apteklərinə. red) əlaltdan bu pereperatı sifariş əsasında ötürür. Sadəcə, bizim doktalardan fərqimiz odur ki, onlar bütün dərmanları nağd satırlar, biz isə depoya nağd ödəniş etsək də, imkansız xəstələrimizə maaş, pensiya vaxtı hissə-hissə ödəmələrinə razılaşaraq nisyə veririk. Yəni bir sözlə, Tarif Şurasının qoyduğu qiymətə satsaq da, imkansız insanlarımızı geri çevirmirik. Son günlər dəfələrlə bu pereparat üçün kifayət qədər xəstə müraciət edib, ancaq depo sifarişimizi qəbul etmədiyi üçün yoxdur deməyə məcbur olmuşuq”, – şikayətçilər deyiblər.

Əczaçılar bildiriblər ki, “Avromed” arbidolu həm də özəl klinikalara topdan baha qiymətə satır: “Dövlət tərəfindən 7 manat qoyulan qiymət indi 60-150 manat arasında dəyişir. Öz apteklərində bu qiymətə satırlar”.

Cavanşir Feyziyev: “Bu şirkətlə heç bir əlaqəm yoxdur”

Milli Məclisin deputatı Cavanşir Feyziyev isə feyzbukda “Avromed” şirkətinin ona məxsus olmadığını bildirib.

O qeyd edib ki, 2016-cı ildə ona məxsus olan bütün səhmləri satıb.

“Bəzi saytlarda adımın dərman preparatları ilə bağlı hallandırıblar. Guya “Avromed” koronavirus müalicəsi üçün istifadə olunan bəzi dərmanları yalnız öz apteklərinə verir. “Karlar, korlar və bir sıra reket saytları idarə edən dələduzlar üçün bir daha təkrar etməyə məcburam:
– birincisi, mən 2010-cu il dekabrın 1-dək “Avromed”in direktoru olmuşam. İndi isə 2020-ci ildir.
– ikincisi, 2016-cı ildə səhmlərin mənə məxsus olan hissəsini satmışam və mənim “Avromed” şirkəti ilə heç bir əlaqəm yoxdur.
– üçüncüsü, koronavirusa qarşı dərman preparatları vitamin deyil ki, aptekdə satılsın. Bu dərmanlar ancaq koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanalara TƏBİB tərəfindən verilə bilər. Kimsə bu dərmanları əldə edib öz aptekində satmaq istəyirsə, deməli, möhtəkirlik etmək istəyir”.

Deputat şirkət təsisçisi kimi memorandum imzalayıb

Cavanşir Feyziyev Milli Məclisin V çağırış deputatıdır. O, 2010-cu ildə 4-cü çağırış Milli Məclisə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilib. Amma deputat “Avromed”də özünə məxsus olan səhmləri 2016-ci ildə satdığını deyir. Bununla da o, deputat olduqdan sonra 6 il bizneslə məşğul olub.

Bunu deputatın biznes fəaliyyəti də təsdiq edir.

Arqument.az-ın araşdırmasına görə, Cavanşir Feyziyev 2012-ci ilin martın 2-də “Avro Med” şirkətinin təsisçisi, Milli Məclisin deputatı kimi Qafqaz Universitetində olub və Qafqaz Universiteti ilə “Avro Med” şirkəti arasında memorandum imzalayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki