CAR-dakı zulusların kralı ölübbackend

CAR-dakı zulusların kralı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasındakı zulusların kralı Qudvill Zvelitini 72 yaşında vəfat edib.

TİA.AZ xəbər verir ki, o, martın 12-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Kral şəkərli diabetdən müalicə olunmaq üçün hospitala yerləşdirilmişdi. O, xəstəxanada vəfat edib.

Qeyd edək ki, Q.Zvelitini 1971-ci ildə taxt-taca çıxıb. Cənubi Afrika Respublikasında ənənəvi liderlər arasında Zullus taxt-tacı ən nüfuzlu titul sayılır. Q.Zvelitinin 6 xanımı və 28 uşağı var.

Xatırladaq ki, zulusların sayı 10 milyona yaxındır. Onlar əsasən, CAR-ın Kvazulu-Natal əyalətində yaşayırlar. Az sayda zulus Zimbabve, Lesoto, Zambiya, Esvatin və Zamiyada məskunlaşıb. Zulus krallığı XIX və XX əsrlərdə respublikanın tarixində vacib rol oynayıb. Onlar irqçiliyə qarşı mübarizə aparıblar. Aparteid rejim zamanında ölkənin əsas etnik qrupu olaraq zuluslar ikinci növ insan sayılıblar.