Canni de Byazi Azərbaycanda nə qədər məvacib alır?backend

Canni de Byazi Azərbaycanda nə qədər məvacib alır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov “Futbol+” qəzetinə verdiyi açıqlamada bildirib ki, Canni de Byazi Azərbaycan yığmasında çox az məvacib alır. Onun fikrincə, italyan mütəxəssis o qədər az məvacib alır ki, hətta yerli mütəxəssislər bu məbləğə yığmada çalışmazlar.

Mahir Məmmədovun açıqlamasında məntiq tapmaq mümkün deyil. İtalyan mütəxəssis qəpik-quruşa Azərbaycanda niyə işləsin? Üstəlik, özü ilə xeyli sayda köməkçi də gətirib. Deməli, onlar da qəpik-quruş ardınca gəliblər Azərbaycana?

Nə olub, Avropada işsizlik, aclıqdır ki, mütəxəssislər Azərbaycana axışırlar? Əslində durum necədir? Məsələ ilə bağlı Aut.az-a məlumat verən AFFA-dakı mənbə bildirib ki, Canni de Byazinin müqavilə ilə alacağı məbləğ az ola bilər. Amma bu o demək deyil ki, onun qazancı elə bu qədərdir. Yox, italyan mütəxəssis müqavilədənkənar da vəsait alıb. Müqaviləyə qol çəkərkən paket şəklində 1 milyon avronu cibinə qoyub. Müqavilədə göstərilən məbləğ isə onun aylıq aldığı vəsaitdir ki, heç bu da az deyil, təxminən 15 min avrodur. Yəni Canni ölkəmizdə ilə 1 milyon 200 min avro qazanır. Onun köməkçiləri ilə də belə anlaşılıb.

Yəni Mahir Məmmədov De Byazinin müqavilə alacağı məbləği deyir, amma paket halında ona veriləni (özü də kimin vasitəsilə verildiyini də yaxşı bilir) yaddan çıxardır. Ağıllı adamdır, belə əlləm-qəlləm işləri yadda saxlamaq heç kimə xeyir gətirməz.