Tribuna İnformasiya Agentliyi

Canluici Buffon: “Hakimin etdikləri idman əxlaqına qarşı cinayətdir”

13 Aprel

“Hakimin etdikləri idman əxlaqına qarşı cinayətdir”

Minval.İnfo xəbər verir ki, İtalyan qapıçı Buffon oyundan sonra öz təəssüratlarını media nümayəndələri ilə bölüşüb. Oyunun hakimi Maykl Oliverə əsəbiləşən Cici buffon bunları deyib:

“Hakimə mən nə desəm yəqin məni bağışlayar. Çünki onun oyunda etdikləri idman əxlaqına qarşı cinayətdir. Mən heç də kədərli deyiləm, hətta komandamla fəxr edirəm. Əminəm ki, bunu ancaq biz edə bilərdik”.