Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladıbackend

Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olub.

Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yanğın qeydə alınıb.

Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.

FHN-dən  bildirib ki, yanğın söndürülüb.