Caliber: “Rusiya MN sülhməramlılara ermənilərin tərk-silah edilməsi əmrini niyə vermir?” – VİDEObackend

Caliber: “Rusiya MN sülhməramlılara ermənilərin tərk-silah edilməsi əmrini niyə vermir?” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nə qədər ki, Rusiyanın Azərbaycanın Qarabağ regionunda hərbi mövcudluğu (hətta müvəqqəti olsa da) davam edir, Azərbaycan cəmiyyətinin Rusiyaya, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və onun sülhməramlı kontingentinə ünvanlanan sualları artır.

TİA.AZ xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yayımlanan yeni təhlilində qeyd olunub.

Təhlildə layihə müəllifləri Rusiya Müdafiə Nazirliyi tərəfindən sülhməramlılara hələ də Qarabağdakı erməni birləşmələrinin tərksilah edilməsi barədə əmrin verilməməsinə xüsusilə diqqət çəkilib.

“Caliber”, həmçinin maraqlı bir faktı ortaya çıxarıb:

“Rusiya MN-də hesab edirlər ki, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ regionunda deyil, “Dağlıq Qarabağ Respublikasında” dislokasiya olunub.

Düşünürsünüz ki, mübaliğə edirəm? Əsla. Caliber.Az redaksiyasının sərəncamına satınalmalar üzrə vahid informasiya sisteminin saytından bir sənəd keçib.

Bu sənədə əsasən, cari ilin avqust ayının 13-də Rusiya Müdafiə Nazirliyi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fonduna kompleks qulluğun təşkili və aparılması xidmətlərinin göstərilməsi”nə ərizə təqdim edib”.

Ətraflı videoda: