Çakaten kəndi Azərbaycanın nəzarətində – Ermənistanın ombudsmanıbackend

Çakaten kəndi Azərbaycanın nəzarətində – Ermənistanın ombudsmanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Ordusunun Qubadlı istiqamətində mövqe dəyişikliyi etdiyinə dair məlumat yayılıb. 
Qaynarinfo xəbər verir ki, Ermənistanın ombudsmanı Arman Tanoyan iddia edib ki, bir neçə gün əvvəl Azərbaycan əsgərləri Çakaten kəndinin yuxarısında yerləşən təpədə özünə post qurub.
Onun sözlərinə görə, Çakaten kəndinin ən son nöqtəsində yerləşən həmin hündürlük bütün ərazini nəzarətdə saxlamağa imkan verir. Tanoyan bildirib ki, Azərbaycan Ordusunun həmin yüksəklikdə qərarlaşmasından sonra təpənin ətəyindəki bir neçə evin sakini oranı tərk etmək məcburiyyətində qalıb. Bundan başqa, kəndə çəkilmiş 2 km uzunluğunda su xətti də artıq Azərbaycanın nəzarətindədir. Lakin o, su xəttinin bağlanmadığını deyib. Amma Çakaten sakinləri qorxularından həmin sudan içmirlər və kəndin aşağı hissəsindəki bulaqdan özləri üçün su gətirirlər.
Təpənin ətəyindəki evlərdən birinin sakini Qorq Avaqyan deyib ki, Azərbaycan əsgərləri təpənin üzərində hərbi post və qüllə qurduqdan sonra yaşadığı yeri tərk edib. Buna səbəb isə Ordumuzun əsgərlərini özü və ailəsi üçün təhdid görməsidir. Hərçənd özü də etiraf edir ki, indiyə qədər Azərbaycan əsgərləri onlara qarşı hər hansı bir yanlış hərəkət etməyib:
“Onlar bizi nə qorxudublar, nə də təzyiq ediblər. Amma biz onlara etibar etmirik. Gecənin bir vaxtı gəlib evimizə girərələr deyə, oranı tərk etdik”.
Azərbaycan tərəfi bir müddət əvvəl Çakaten kəndindən Gorusa gedən yolun üzərində nəzarət-buraxılış məntəqəsi qurub. Bundan sonra Gorusa getmək istəyən ermənilər həmin postda rüsum ödəyərək, istəklərini reallaşdıra bilərlər. Çakatenin Gorus və Qafana çıxışı olan altrernativ yolu var. Lakin həmin yol torpaqdan olduğundan qışda keçilməz olur.