Tribuna İnformasiya Agentliyi

Cənubi Koreyada futbolçu oyun zamanı yıxılaraq, boynunu qırıb – VİDEO

01 Dekabr

Cənubi Koreyada yüksək liqaya vəsiqə uğrunda “Kvancu” və “Tecon Sitizen” komandaları arasında keçirilmiş oyun zamanı xoşagəlməz hadisə baş verib.

“Report”un məlumatına görə, “Kvancu”nun müdafiəçisi Li Sın-Mo top uğrunda hava mübarizəsi zamanı yerə uğursuz düşüb. Nəticədə onun boynu qırılıb. Huşunu itirən futbolçu bir müddət nəfəs ala bilməyib.

Həkimlərin ilkin yardımından sonra Sın-Mo xəstəxanaya çatdırılıb və orada ayılıb. Oyun isə “Tecon Sitizen”in qələbəsi ilə yekunlaşıb – 1:0.