Tribuna İnformasiya Agentliyi

Cənubi Koreyada birjadan 32 milyon dollar oğurlanıb

20 İyun

Cənubi Koreyanın iri kriptovalyuta birjalarından biri olan “Bithumb”a xaker hücumu olub.

“Report” “Ryonxap”a istinadən xəbər verir ki, hadisə iyunun 20-nə keçən gecə baş verib.

Xakerlər 31,5 milyon dollar kriptovalyuta oğurlamağa müvəffəq olublar.

Bu, son iki həftə ərzində ikinci belə xaker hücumudur. Bundan əvvəl “Coinrail” birjası xaker hücumuna məruz qalmışdı.