Tribuna İnformasiya Agentliyi

Cənubi Afrika Respublikasının prezidenti istefa verib

15 Fevral

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib.

TİA.AZ-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib. “Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram”, deyə C.Zuma bildirib. CAR-da dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Siril Ramafos icra edəcək.

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt vermişdi. Müxalifət 2014-cü ildən etibarən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırır.