Tribuna İnformasiya Agentliyi

Cənubi Afrika Respublikasında yeni prezident seçilib

15 Fevral

Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumanın istefasından sonra ölkə parlamenti yeni prezident seçib.

TİA.AZ TASS agentliyinə istinadla xəbər verir ki, bu gün Milli Assambleyanın deputatları tərəfindən irəli sürülmüş yeganə namizəd – CAR-ın hakim Afrika milli konqresi partiyasının lideri Siril Ramafosanın prezident seçilməsi barədə qərar qəbul olunub. Bu barədə Konstitusiya Məhkəməsinin sədri Moxoenq Moxoenq məlumat verib.

Xatırladaq ki, hakim partiya istefaya getməsi üçün Prezident Ceykob Zumaya iki gün vaxt vermişdi və o, dünən axşam keçirdiyi mətbuat konfransında vəzifəsindən rəsmən getdiyini bəyan edib. Zuma bəyanatında bu addımı partiyasının parçalanmaması naminə atdığını deyib. Onun ikinci prezidentlik müddəti 2019-cu ilin mayında başa çatmalı idi.