Tribuna İnformasiya Agentliyi

Cəlilabadda baş verən silahlı insidentin daha iki iştirakçısı saxlanılıb

09 İyun

Cəlilabadda baş vermiş silahlı insidentin daha iki iştirakçısı saxlanılıb.

APA-nın  məlumatına görə, Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Həsənov və onun qardaşı Səxavət Həsənov tutulub.

Qeyd edək ki, bundan əvvəl silahlı insidentin iştirakçısı olan rayon sakini, İlqar Həsənov saxlanılıb. Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Xatırladaq ki, iyunun 7-də Cəlilabad rayon sakinləri olan şəxslər odlu silahdan bir-birinə atəş açıb. Silahlı insident zamanı xəsarət alan olmasa da, “Lexus” markalı avtomobilə və yaşayış evinə ziyan dəyib.