Tribuna İnformasiya Agentliyi

Cəbhədə 194 əsgərin həyatını xilas edən göyərçin (FOTOLAR)

25 May

Heyvanlar çok keçmişdən bəri insanların bir çox anlarda yardımına çatıb, hətta insanlığın utancverici tablosu olan savaşlarda belə onları yalnız buraxmayıb. Belə bir qəhraman heyvan haqqında sizlərə maraqlı məlumatları təqdim edirik.

O qəhraman Çer Ami yəni “Tək dostum” mənasını daşıyan bir poçt göyərçinidir.

I və II dünya müharibələri zamanı ABŞ əsgərləri üçün xəbərləşməni təmin edən qeydiyyatlı 200 min post göyərçinindən sadəcə biri idi.

Həyatı önəmi olan minlərlə məktubu ünvanına çatdıran Çer Ami saysız-hesabsız xidmət göstərib. Bu göyərçin xüsusilə 3 oktyabr 1918-ci ildə qəhraman olub. 500-ə yaxın ABŞ əsgəri Arqonne xəttində alman əsgərləri tərəfindən mühasirəyə alınmışdı.

cher_ami (5)

ABŞ əsgərlərinin yemək tədarükü və silahların mərmiləri bitmişdi. Bu qədər ümidsizliyin yanında az imiş kimi öz aralarında da bir hadisə yaşandı. Öz əsgər yoldaşları tərəfindən düşmən zənn edilib yayılım atəşinə tutulan ABŞ əsgərləri yardım gözləyərkən ciddi itkilər verdi. Bu vəziyyətdən çıxa bilmək üçün ABŞ əsgərləri yanlarındakı 3 poçt göyərçinindən ikisini xəbər yollamaq üçün havaya uçurdular. Lakin göyərçinlər havaya qalxar-qalxmaz alman əsgərləri tərəfindən vuruldu.

cher_ami (4)

Arxada sadəcə Çer Ami qalmışdı. Sağ qalan 194 əsgərin həyatı bu göyərçinə bağlı idi. Əsgərlər son bir ümidlə onu da havaya buraxdılar. Çer Ami havada alman əsgərlərinin atəş açması nəticəsində yaralanmışdı. Lakin yerə düşən poçtalyon göyərçin az müddət sonra yenidən yaralı halda qalxıb uçmağa davam etmişdi.

cher_ami (1)

Yaralı halda ancaq 25 mil uça bilən Çer Ami təxminən 25 dəqiqə sonra ünvana çata bilib. O poçtalyon göyərçinlərinin məkəzinə çatanda gözlərinin biri bağlı bədəni qan içində və ayağının biri yox idi. Ona taxtadan bir ayaq düzəldilmişdi. Təəccüb içərisində qalan baytar həkimlər Çer Amini yenidən sağlamlığına qovuşdurmağı bacarmışdı.

cher_ami (8)

Çer Aminin ünvana çatdırdığı məktub sayəsində mühasirədə qalmış 194 ABŞ əsgəri xilas olunmuşdu. Bu hadisədən sonra cəmi 1 il yaşayan qəhrəman göyərçinə heykəl də qoyulub.

Turan Oruc
Musavat.com

cher_ami (14)

cher_ami (15)

cher_ami (10)