Byazi: “Heyətin başqası tərəfindən qurulduğunu iddia edənlərə söyüşlə cavab verərdim, amma…”backend

Byazi: “Heyətin başqası tərəfindən qurulduğunu iddia edənlərə söyüşlə cavab verərdim, amma…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Demişdim ki, asan oyun olmayacaq. Portuqaliya Qətərlə yoxlama oyununda başqa futbolçulardan istifadə etmişdi. Ona görə də bu gün meydana çıxan portuqaliyalı futbolçular tam yaxşı vəziyyətdə idilər”.

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

“Bu matçda cəzalı və zədəli əsas futbolçularımız oynamırdı. Bu səbəbdən bugünkü oyunda kasad heyətə malik idik. Mən sehrbaz deyiləm. Əlimizdə olan futbolçularla bundan artığına nail olmaq olmaz”, – deyə Canni De Byazi bildirib.

O, cari tsiklin sonunda başa çatan müqaviləsi barədə və heyətin “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev tərəfindən qurulması barədə iddialara cavab verib:

“Son iki ayda mənim adım başqa millilərlə çəkilir. Ukrayna və s. yığmalara “aparılıram”. Bəli, müqaviləm cari seçmə mərhələnin sonunda başa çatır. Amma mənim müqaviləmin davam və ya xitamı AFFA rəhbərliyi ilə danışıqlardan sonra bilinəcək. Bir də ki, mən heç vaxt deməmişəm ki, Azərbaycanda Albaniyadakı kimi xoşbəxt deyiləm.

Heç kim mən olan yerdə heyəti qura bilməz. Bu, sosial şəbəkələrdə yazılan əsassız iddialardır. Sizə də məsləhət görürəm ki, sosial şəbəkələrə az girəsiniz. Mən belə yazanlara söyüşlə cavab verərdim, amma bura onun yeri deyil”.

Qeyd edək ki, bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya Bakı Olimpiya Stadionunda millimizə 3:0 hesabı ilə qalib gəlib