Buzovna sahillərində nə baş verir? – VİDEObackend

Buzovna sahillərində nə baş verir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Buzovna qəsəbəsinin sahilləri və xüsusilə də zəbt edilən Buzovna qayaları sözün əsl mənasında azadlığına qovuşur.

TİA.AZ xəzər-xəbər-ə istinadən bildirir ki, artıq qayalıqlarda tikilən bəzi qanunsuz obyektlər sökülüb. Ölkə başçısının da dediyi kimi, Buzovnada tarixə və təbiətə qarşı törədilmiş cinayət aradan qaldırılır.

Buzovna qəsəbəsi sakinləri sevinir, amma onları hələ də üzən başqa səbəb var. Onlar iddia edirlər ki, bir tərəfdə bu obyektlər sökülsə də, yaxınlıqda olan digər tərəfdə tikinti işləri aparılır.

Sakinlər iddia edirlər ki, söküntü işlərinin aparılmasına baxmayaraq, həmin ərazidə dəniz kənarında başqa obyektlərin tikintisi davam edir.

İddialarla bağlı tikilməkdə olan yaşayış komleksinə getdik. Kompleksin rəsmisi İqbal Həsənov bildirdi ki, həmin yerdə villaların tikintisi 13 hektarlıq ərazidə aparılır və ərazi rəsmi olaraq onların mülkiyyətindədir. O, insanların çimərliyə buraxılmaması iddialarına da münasibət bildirdi.

O ki qaldı işlərin gecə saatlarında aparılmasına, İqbal Həsənov bildirdi ki, may ayından başlayaraq sentyabr ayının ortalarına qədər ərazidə hər hansı tikinti işləri aparılmır.