Buzovna küçələrini yuyan qrunt suları “aydınlıq” deyil – VİDEObackend

Buzovna küçələrini yuyan qrunt suları “aydınlıq” deyil – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qrunt suları Buzovna qəsəbəsinin yollarını keçilməz edib.

Bunu “ARB Xəbər”ə qəsəbə sakinləri deyib. Onların sözlərinə görə, telefon xətləri üçün nəzərdə tutulan drenajlara yığılan çirkli suların küçəyə axması gediş-gəlişə mane olmaqla yanaşı, maşınların xarab olmasına və evlərin su ilə dolmasına səbəb olur.

Məsələ ilə bağlı açıqlama verən Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, qəsəbənin bu vəziyyətdə olmasının səbəbi sözügedən ərazidə kanalizasiya sisteminin olmamasıdır:

“2021-ci il üçün nəzərdə tutulan layihədə həmin qəsəbəyə kanalizasiya xətlərinin çəkilməsi daxildir”.