Bütün yollar Qarabağın azadlığına aparırbackend

Bütün yollar Qarabağın azadlığına aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1990- cı ildə baş vermiş 20 Yanvar, 1992-ci ildə baş vermiş Xocalı faciəsi və xalqımıza qarşı törədilən digər amansız faciələr nəticəsində torpaqlarımızın bir hissəsi işğal oldu.Birinci Qarabağ müharibəsində qalib gələ bilmədik. Minlərlə igidlərimiz döyüşdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Xalq yenə də ümidini itirmədi. Torpaqlarımız xeyli müddət, təxminən 30 ilə yaxın işğal altında qaldı. O zamanlar Azərbaycan indiki qədər güclü və xalq birliyi olan bir dövlət deyildi. Hətta qeyd etmək olar ki,  xalqına və ordusuna sahib çıxa biləcək bir Prezdentidə yox idi. Ona görə də düşmənə qalib gələ bilmirdi.Azərbaycan  xalqı isə torpaqlarının düşmən tapdağı altında qalmasını da qəbul edə bilmirdi. Amma xalqımız çətinliklərə qalib gəlmək üçün doğru seçimi etdi. Onlar Azərbaycan Respublikasının Prezdenti dahi Ulu Öndərimiz Heydər Əliyevi seçdilər. Ulu öndərimiz də xalqa sahib çıxaraq Azərbaycanı güclü bir dövlətə çevirərək işğal altında olan torpaqlarını azad etmək vəzifəsini öz üzərinə götürdü. Və o illər ərzində öz vəzifəsini layiqincə yerinə yetirdi. Ulu öndərimiz vəfat edəndən sonra Prezident vəzifəsinə oğlu İlham Əliyev gəldi. İlham Əliyev də öz vəzifəsini ləyaqətlə yerinə yetirərək, doğma torpaqlarımızı işğaldan azad edəcəyinə söz verdi. İlham Əliyev də Ulu Öndərimiz Heydər Əliyev kimi uzaqgörən siyasət aparırdı. Bu siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə də atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına daha da yaxınlaşdırırdı.

İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirmiş, Azərbaycan xalqını isə “dəmir yumruq” kimi birləşdirməyi bacarmışdı. Artıq Azərbaycan doğma torpaqlarını işğal altından azad edə biləcək qədər güclənmişdi. Və nəhayət 2020- cı ilin 27 sentyabrından İkinci Qarabağ müharibəsi başladı. 44 gündə xalqımız həm hüznlü, həm də sevincli günlər yaşadı. Sevincli idik. Çünki artıq qələbəyə çatmağımıza saylı günlər qalmışdı. İllərdir həsrəti ilə yaşadığımız doğma torpaqlarımıza yenidən qovuşurduq. Kədərimiz də böyük idi. Çünki hər qələbə xəbərinin ardından, igidlərimizin qızğın gedən döyüşlərdə geri çəkilmədən qəhrəmancasına vuruşaraq şəhid olduğu xəbərlərini də eşidirdik. Biz inanırdıq ki, Ali Baş Komandanımız və Ordumuz şəhid olan igid qardaşlarının qanını yerdə qoymayacaq, onların son arzularını yerinə yetirərək torpaqlarımızı işğaldan azad edəcək və böyük qələbə qazanacaqdılar. Belə də oldu.  44 gün davam edən müharibə Ali baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

“Bütün yollar Qarabağa aparır” xatırlatmasını hamımıza doğma olan bu səsin mətləbinin, niyyətinin, yaşarı istəyinin davamı bilmələrin sırasında mən də varam. “Bütün yollar Qarabağa aparır” xatırlatması deyir ki, şəhid ömrü ömürlərdə yaşayır. Azərbaycan əsgərinin Ali Baş Komandanın döyüş əmriylə qazanacağı Böyük Qələbə – torpaqlarımızın işğaldan azad edilməsi ömrümüzdə yaşayan ömürlərə gözaydınlığı olacaq. Bu dönməz əminlik eyni mətləbi ifadə etməklə sözlə sözün, səslə səsin Qarabağa aparan bütün yolların başlanğıcında heyrətdoğuracaq səviyyədə qoşalaşmasının qüdrətidi. O başlanğıc əsgər ürəyidi. Vətən sevgisinə söykənən bu başlanğıc müqəddəs başlanğıcdı. Bu başlanğıc “Sənə güvənirik, əsgər qardaşım!” deyənlərin – ictimaiyyət belə deyir – Azərbaycan əsgərini müharibənin son gülləsinin atılacağı məkana uğurlayacağı yolun başlanğıcıdı. Bu uğurlama səngərlərin sinəsindən aşıb Böyük yola çıxacaq yolları daha duyğusallıqla, daha qətiyyətlə uğurlayır…

Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımızın dalğalanması. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşduraraq, xalqımızı dünyada mübariz, döyüşkən və yenilməz xalq kimi tanıtdı.

Yusubova Təravət

Bakı Qızlar Universiteti