“Bütün sosial müavinətlər üzrə ödənişlər 190 manata çatdırılsa…” – İqtisadçıbackend

“Bütün sosial müavinətlər üzrə ödənişlər 190 manata çatdırılsa…” – İqtisadçı

“İşsizlik müavinətini işsiz olan Qarabağ müharibəsi veteranları da almalıdır”.
Bu təkliflə iqtisadçı alim Qubad İbadoğlu çıxış edib. Onun sözlərinə görə, bütün aylıq sosial müavinətlər üzrə ödənişlər 190 manata çatdırılsa, mövcud sosial ədalətsizlik aradan qaldırılar:
“Azərbaycanda əksəriyyəti işsiz olan Qarabağ müharibəsi veterenları ayda 80 manat müavinət alırlar. Onlar hazırkı qaydalara, işsizliyə görə 190 manat müavinət almağa uyğun hesab edilməyib. Bunu onunla izah edilir ki, dövlətdən 80 manat yardım alırlar. Baxın, Qarabağ müharibəsinə gedən və bu gün işsizlikdən əziyyət çəkənlərə dövlət 80 manat verir, amma sadəcə işsiz olanlara 190 manat. Mən demirəm ki, niyə işsizə 190 manat verirlər, amma demək istəyirəm, bü gün həmin işsizlik müavinətini işsiz olan Qarabağ müharibəsi veteranları da almalıdır”.
Qubad İbadoğlu təklif edir ki, bütün müavinət alanların ödənişləri pandemiya dövründə müddətli olaraq 190 manata çatdırılsın:
“Bu sırada da hər bir Qarabağ müharibəsi veteranının müavinətinə 110 manat əlavə edilməklə mövcud sosial ədalətsiz aradan qaldırılsın”.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az