“Bütün sahələrlə bağlı hüquqi normativ bazanın hazırlanması prosesi sürətlənməlidir”backend

“Bütün sahələrlə bağlı hüquqi normativ bazanın hazırlanması prosesi sürətlənməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətin müəyyənləşdirdiyi yardımları ala bilməyən çoxlu ailələr, həkimlər tanıyırıq. Dəfələrlə o haqda məlumatlar informasiya vasitlərdə yayılıb”.
Tia.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib. O bildirib ki, ilk növbədə, bütün sahələrlə bağlı hüquqi normativ bazanın hazırlanması prosesi sürətlənməlidir:

“Məsələn, biz hələ də bilmirik, “Strateji yol” xəritəsində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi nəticəsində hər bir hökumət strukturunun yerinə yetirdiyi və ya yetirmədiyi işlər ümumi siyasətdə hansı çəkiyə malikdir? Sənəddə, “Satınalmalar haqqında” ciddi pozuntular bəhs edilib. Əlbəttə, çox ağrılı sahədir. Lakin tender çıxış yoludurmu-real misallar gətirmək olar ki, tender öhdəliklərini yerinə yetirməyən yüzlərlə təşkilat var və bu zaman uzun illər biznes strukturları hansı qanun pozuntuları altında işləməyə məcbur olduqları məsələsi ortaya çıxır və biznes əxlaqı bundan nə qədər ziyan çəkdiyi göz önünə gəlir. Ona görə də ilk növbədə, bütün sahələrlə bağlı hüquqi normativ bazanın hazırlanması prosesi sürətlənməlidir”.
Aytac Sahəd

TİA.AZ