“Bütün qüvvələrinizi Ukraynadan çıxardın” – NATO-dan Rusiyaya çağırışbackend

“Bütün qüvvələrinizi Ukraynadan çıxardın” – NATO-dan Rusiyaya çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-da Rusiya Müdafiə naziri Sergey Şoyqunun cənub və qərb hərbi dairələrində ordunun döyüş qabiliyyətinin yoxlanması işlərinin başa çatması barədə bəyanatına reaksiya verilib.

Alyans nümayəndəsinin «Röyter» agentliyinə verdiyi şərhdə bəyan etdiyi kimi, Moskvanın Ukrayna sərhədindən ordunu çəkmək barədəki qərarı əhəmiyyətli və vaxtında verilmiş qərardır.

O, qeyd edib ki, Brüssel Ukrayna ətrafındakı situasiyada gərginliyin azaldılması istiqamətində istənilən addımı vacib sayır. Bununla bərabər, məmur vəd edib ki, NATO sayıqlığını davam etdirəcək və situasiynı izləyəcək.

«Rusiya tərəfindən gərginliyin aşağı salınması istiqamətindəki istənilən addım əhəmiyyətlidir və çoxdan yetişib. NATO sayıqlığını saxlayır və biz, Ukrayna ətrafında Rusiyanın əsassız hərbi güc cəmləşdirməsini diqqətlə izləyirik» – alyans nümayəndəsi bildirib.

Onun sözlərindən belə aydın olur ki, NATO artıq Rusiya ordusunun Ukrayna sərhədindən çəkilməsini kifayət hesab etmir. Məmur vəd edib ki, Ukraynaya gələcəkdə də dəstək veriləcək və Rusiyanı «özünün bütün güclərini» Ukraynadan çıxartmağa çağırıb.