“Bütün icra hakimiyyətlərinin binaları azad edilib” – Qazaxıstan DİNbackend

“Bütün icra hakimiyyətlərinin binaları azad edilib” – Qazaxıstan DİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda bütün icra hakimiyyəti binaları azad edilərək gücləndirilmiş mühafizəyə alınıblar.
TİA.AZ  xəbər verir ki, bunu Qazaxıstanın Daxili İşlər Nazirliyi açıqlayıb.

“Respublika üzrə tətbiq olunan fövqəladə vəziyyət çərçivəsində tədbirlər həyata keçirilir. Ölkə ərazisində gecə-gündüz fəaliyyət göstərən 70 blokpost yaradılıb”, – nazirlikdən qeyd olunub.

Məlumata görə, paytaxt Nur-Sultana silah keçirmək cəhdlərinin qarşısı alınıb. Məlumata görə, hüquq-mühafizə orqanları silah daşıyan avtobusları saxlayıblar.

Bundan başqa, Almatının mərkəzi meydanında atışma getdiyi bildirilib.