Tribuna İnformasiya Agentliyi

Bütün gecəni mobil telefonla oynayan qız kor oldu

16 Noyabr
Çinin Şençjen şəhərinin sakini smartfondan çox istifadə etməsi səbəbindən sol gözündə görmə qabiliyyətini itirib.
Bütün gecəni mobil telefondan istifadə edən qız səhər yuxudan ayılandan beş dəqiqə sonra sol gözünün görmə qabiliyyətinin itməsini müşahidə edib.
Xəstəxanaya müraciət edəndən sonra məlum olub ki, qızın sol gözündə qan laxtalanması baş verib və nəticədə, xəstə görmə qabiliyyətini itirib.
Həkimlər bildirib ki, gözün fiziki yüklənməsi nəticəsində qan damarlarının yırtılması baş verib.
Əməliyyata qəbul edilən xəstənin gözündə kiçik dəlik açılaraq artıq qanın çıxmasına şərait yaradılıb. Xəstəni görmə qabiliyyətinin tam bərpa olunduğu qeyd olunur.