Tribuna İnformasiya Agentliyi

Bütün dünyanı ekrana bağlayan “Çernobıl” – Serial haqqında bilinməyənlər – FOTOLAR

07 İyun

Amerikanın məşhur telekanal qrupu HBO-nun 26 aprel 1986-cı ildə Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş verən güclü nüvə partlayışına ekran həyatı verib.

Musavat.com xəbər verir ki, izləri indiyə kimi qalmış hadisədən bəhs edən mini-serial dünya gündəmini zəbt etməyi bacarıb. May ayında yayımlanmağa başlayan və 5 seriyadan ibarət olan ekran işinin bu qədər diqqət görməsinə səbəb hadisələrin gerçək olması, böyük komanda işi və keyfiyyətli olması üçün xərclənən yüksək məbləğdir.

Serial yayımlandıqdan sonra bölgəni ziyarət edənlərin sayı ötən illərə nisbətən 40% artıb. “Çernobıl”  film və televiziya seriallarını qiymətləndirən IMDB siyahısında ilk sırada yer alıb. Ekran işinin rejissoru Johan Renc, ssenaristi və icraçı prodüseri Craig Mazindir. Çəkilişlər Ukraynada və Litvada qismən bağlanmış nüvə stansiyasında baş tutub.

Serialın baş rollarını Jared Harris, Valery Legasov, Stellan Skarsqard, Emily Watson və Ulana Xomyuk canlandırıb. Bəstəkarı Hildur Guğnadóttir orijinal və əsl fon musiqisi yaratmaq üçün Litvada nüvə elektrik stansiyasına göndərilib. O musiqiləri bölgənin təbii səslərindən ilhamlanaraq bəstələyib.

Serialda yeganə uydurma xarakter aktrisa Emily Watsonun yaratdığı Uluna Xomyukdur. O, Çernobil fəlakətində çalışan elm adamlarını təmsil edir. Aktyor heyətinin təbiiliyini qorumaq üçün oalardan öz ləhcələrində danışmaq tapşırılıb, lakin radiolarda səsləndirilən elanlar, telefon zəngləri, elan və məqalələr təbiilik üçün rus dilində təqdim olunub.

Çernobılda nələr yaşanmışdı?

26 aprel 1986-cı il Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü partlayış baş vermişdi. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə “ölüm bulud”unun yerdə qalan hissəsinin küləklər cənuba “sürükləmişdi”.

Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-nin partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada qalıb.