Bütün beynəlxalq uçuşlar dayandıldı – TÜRKİYƏDƏbackend

Bütün beynəlxalq uçuşlar dayandıldı – TÜRKİYƏDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türk Hava Yolları (THY), koronavirusun artması səbəbilə aprelin 17-dək bütün beynəlxalq uçuşları dayandırıldığını elan etdi.

THY Mətbuat müşavirinin verdiyi açıqlamada, Avropada sürətlə yayılan koronavirus səbəbindən bu qitədə yerləşən Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, İsveç, Avstriya və Hollandiyaya uçuşların aprelin 17-dək dayandırıldığını bildirib.
“Hər zaman qonaqlarının səyahət təhlükəsizliyini prioritet sayan THY olaraq, bütün beynəlxalq aviasiya və səhiyyə orqanları ilə birlikdə bu prosesi izləməyə davam edəcəyik və lazımi tədbirləri görəcəyik. Beynəlxalq uçuşlarımıza bilet alan qonaqlarımız üçün pulsuz geri dönmə və kurs / tarix dəyişdirmə hüquqları verilir.”