Bütün AB ölkələri Navalnının dərhal sərbəst buraxılmasını istədibackend

Bütün AB ölkələri Navalnının dərhal sərbəst buraxılmasını istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Birliyi Rusiya məhkəməsinin müxalifət lideri Aleksey Navalnının şərti cəzasını real cəza ilə əvəzlənməsi qərarını qınayır. 
TİA.AZ  xəbər verir ki, bu sözləri Birliyin xarici əlaqələr üzrə nümayəndəsi Josep Borrell tərəfindən yayılmış 27 AB ölkəsi adından verilmiş açıqlamada deyilir.
Mətndə Navalnı ilə bağlı qərarın “siyasi səbəblərinin olduğu və Rusiyanın beynəlxalq insan hüquqlarıyla bağlı götürdü öhdəliklərə zidd olduğu üçün qəbuledilməzliyi” xüsusi qeyd olunur.
Borrell əlavə edib ki, AB bu məsələyə Xarici İşlər Şurasının 22 fevral iclasında baxacaq.
AB rəsmisi qeyd edib ki, nəticələr və mümkün digər tədbirlər müzakirə ediləcək.