“Buta Palace”ın art-direktorunun istintaqı başa çatdıbackend

“Buta Palace”ın art-direktorunun istintaqı başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən, 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiq edilib. Elan olunan ekspertiza rəyinə görə, R.Taxveli hadisəni törədən zaman anlaqlı olub.
Daha sonra məlum olub ki, R.Taxveli arvadını eyvandan atdıqdan sonra uşaqları ilə çarpayıda yatıb. Polis evə gələndə o yuxulu vəziyyətdə olub.
Məhkəmə istintaqının tamamlanması elan edilib.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 27-də davam edəcək.
Qeyd edək ki, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından atıb.
İttihama görə, R. Taxveli qızının epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və belə oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb.  R. Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək eyvana çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və binadan aşağı atıb.
Qeyd edək ki, R.Taxveli Azərbaycanın xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir və “Buta Palace”ın art direktoru vəzifəsində çalışıb. Adelya Taxveli isə Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumudur.