Burnu qırılan dicey: “Makqreqor 10 milyon da versə…”backend

Burnu qırılan dicey: “Makqreqor 10 milyon da versə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tanınmış irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor tərəfindən burnu sındırılan italiyalı məşhur dicey Françesko Fakinetti idmançıdan şikayət edib.
TİA.AZ xəbər verir ki, polisə gedən Fakinetti səbəbsiz yerə döyüldüyünü və Makqreqorun təhlükəli olduğunu deyib. Dicey açıqlamasında bu sözləri söyləyib: “Heç kimə heç nə deməməli idim. Amma bu insanın şiddətli və təhlükəli biri olduğunu bildirmək məcburiyyətindəyəm. Makqreqorun vəkili sabah mənə zəng vurub şikayətimi geri çəkməyim üçün 10 milyon avro təklif etsə, ona “yox” deyərəm”.
Sözügedən hadisə Romadakı “St Regis Hotel”də baş verib. Oteldə təşkil olunan partidə düşən dava zamanı 33 yaşlı Makqreqorun zərbələri nəticəsində Fakinettinin burnu qırılıb və dodağı yaralanıb. Olaydan sonra o həmin halını videoya çəkərək nümayiş etdirib.
Qalmaqallı idmançı sonuncu dəfə ötən ay oxşar hadisə ilə gündəmə gəlmişdi. Nyu Yorkdakı “Barklays Center”də keçirilən mükafatlandırma mərasimində 31 yaşlı müğənni Kolson Beker və sevgilisi Meqan Foks qırmızı xalça üzərində olarkən məşhur idmançı əsəbi hərəkətləri və izdihamın içində əlindəki içki şüşəsini atdığı yerdə diqqət mərkəzinə düşmüşdü. O, asayiş keşikçiləri tərəfindən zərərsizləşdirilmişdi.