Bürclər bu günə nə deyir?backend

Bürclər bu günə nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç
Mövqeyinizi möhkəmləndirin, tutduğunuz istiqamətdə irəliləməyə davam edin. Üzünüzə yeni qapılar açacağı ehtimal edilən əməkdaşlığın təməli qoyulacaq. Şəxsi işlərinizdə köklü dəyişikliklər etməyə tələsməyin. Hətta bu müstəvidə sizi qane etməyən nəsə olsa da, ehtiyatlı hərəkət edin.

Buğa
Çalışın, diqqətinizi toplayasınız. Çünki böyük zəhmət bahasına başa gələni bu gün asanlıqla itirə bilərsiniz. Müttəfiqləriniz sizi təəccübləndirəcək. Şəxsi münasibətlərdə vəziyyət yaxşı olacaq. Bu sahədə riskli addımlar atmayacaqsınız.

Əkizlər
Işdə diqqətli və ehtiyatlı olun. Ulduzlar iddia edir ki, bu müstəvidə sizi təhlükə gözəyir. Amma qabaqcadan təhlükənin haradan gələcəyini müəyyənləşdirə bilməyəcəksiniz. Çünki bu gün dostu düşməndən ayırmaq asan deyil. Ulduzlar düzgün nəticəyə gəlmək üçün sadəcə, hadisələri izləməyi məsləhət görür.

Xərçəng
Son zamanlar çalışqanlıq nümayiş etdirməklə diqqət mərkəzində olacaqsınız. Sizin bu cəhdinizi qiymətləndirənlərdən biri də uğurlu gələcək vəd edən şəxslərdən biri olacaq. Şəxsi müstəvidə böyük dəyişiklik gözlənilir. Hələlik hadisələri tələsdirməyin.

Şir
Sizdən xoşu gəlməyənlərin hücumundan sığortalanmaq üçün zəhmətə qatlaşmalısınız. Yaradıcılıq potensialınız aşağıdır. O üzdən də bu gün başqalarının ideyalarından bəhrələnməli olacaqsınız. Ehtimal ki, bir vaxtlar münasibətiniz olmuş və həyatınızda acı xatirələr buraxmış şəxslə qarşılaşacaqsınız. Yenidən macəraya can atmayın, bunun əvvəlkindən də pis nəticələnəcəyi gözənilir.

Qız
Işgüzar “Qız”lar vəzifədə irəli çəkiləcək. Valideynlərlə, yaxud da yaşlı qohumlarla bağlı xəbər sizi sevindirəcək. Ailə-məişət məsələlərini təklikdə həll etməyəcəksiniz. Çünki yaxınlarınız sizi hərtərəfli dəstəkləyəcək.

Tərəzi
Bütün sahələrdə günün məhsuldar olacağı gözlənilir. Ən əsası, yenilikdən çəkinməməkdir. Diqqəti özünüzə cəlb etməyi bacaracaqsınız. Sevgililəri gözəl gün gözləyir. Bu gün sevgi etirafı baxımından ən əlverişli zamandır.

Əqrəb
Bu gününüz əvvəlkindən daha yaxşı olacaq. Ətrafdakılar üzərində təsiriniz artacaq. Tutduğunuz vəzifədə yüksəliş olacağı da ehtimal edilir. Bir balaca təmkinli olsanız, şəxsi müstəvidə də heç bir probleminiz olmaz.

Oxatan
Maliyyə baxımından çox əlverişli gündür. Siz gəlirinizi artırmaqla yanaşı, fayda gətirəcək sövdələşmələrə də imza atacaqsınız. Tutduğunuz postu daha çox əməkhaqqı vəd edən yeni iş yeri ilə dəyişəcəyiniz də gözlənilir. Şəxsi müstəvidə isə elə bir ciddi dəyişiklik baş verməyəcək.

Oğlaq
Kifayət qədər çətin gün yaşayacaqsınız. Bütün gücünüzü səfərbər etməlisiniz ki, neqativ atmosferdə baş çıxara biləsiniz. Başqalarının səhvinə görə məsuliyyəti öz üzərinizə götürəcəksiniz. Təbii ki, kifayət qədər də tənbehlər eşidəcəksiniz. Zərgərlik məmulatı almayın, çünki yaxın zamanlarda onu sizə hədiyyə edəcəklər.

Dolça
Işdə ciddi problemləriniz olacaq. Çünki ən sadə məsələlərdə belə, səhvlərə yol verirsiniz. Buraxdığınız səhvlərə göz yumulacağına ümid etməyin. Şəxsi müstəvidə dəyişiklik arzusu sizi yanlış çığıra çəkir. Bunun nəticəsidir ki, şübhə ilə baxdığınız münasibətlərin təməlini qoyursunuz.

Balıqlar
Məhsuldar gündür. Bütün işlərin öhdəsindən yaxşı gələcəksiniz. Bürcün rəhbər nümayəndələri köməkçilərinə etibar edə bilərlər. Ulduzlar onların səliqəliliyinə və çalışqanlığına şübhə etməməyə çağırır. Gün, korlanmış münasibətlərin bərpası baxımından da məhsuldardır.