Bürclər bu günə nə deyir ?backend

Bürclər bu günə nə deyir ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç
Məqsədə doğru irəliləyirsiniz. Sizi narahat edən problemlərin əksəriyyəti öz-özlüyündə həllini tapacaq. Ev işlərinin görülməsi üçün münasib gündür. Hətta dərindən ev yığışdırmaq belə sizin üçün bu gün əyləncəli ola bilər. Bu gün evinizdə şənlik qurmaq fikrində olsanız, qonaqlar üçün bu gün yaddaqalan gecə olacaq.

Buğa
Işləriniz çox olacaq, amma köməkçiləriniz də az olmayacaq. Mötəbər şəxslərlə görüş üçün əlverişli gündür. Siz qarşı tərəfi ideyalarınızın parlaq olduğuna inandıra biləcəksiniz. Böyük məbləğli alış-veriş edə bilərsiniz. Ətrafdakılar cazibənizə biganə qala bilməyəcəklər.

Əkizlər
Əgər başgicəlləndirici macəra axtarışındasınızsa, onda darıxmayın, bu gün bunu əldə edəcəksiniz. Kifayət qədər faydalı informasiya alacaqsınız. Ulduzlar bildirir ki, bundan yerindəcə səmərəli istifadə edəcəksiniz. Gün ümumilkdə məhsuldar olacaq.

Xərçəng
Bu gün həyatınızı istədiyiniz kimi edə bilərsiniz. Kifayət qədər imkanlar olacaq. Sizdən yalnız bu gün hansından istifadə edəcəyinizi seçmək qalır. Bu gün tanış olduğunuz adamla gələcək münasibətlərinizin istiqaməti yalnız sizin özünüzdən asılı olacaq. Arzu və istəkləriniz barədə danışmağa qorxmayın, sizi düzgün anlayacaqlar.

Şir
Təhsil almaq, informasiya toplamaq və ya analiz etmək üçün əla gündür. Maraqlı şəxslərlə ünsiyyətdən qaçmayın. Onlardan nələrisə öyrənməyə çalışın. Bu gün zərgərlik məmulatı almaq baxımından da məhsuldardır.

Qız
Günün hadisələri kimin dost, kimin düşmən olduğunu aydınlaşdıracaq. Lazım olmayan əlaqələri kəsməyə məcbur olacaqsınız. Gün yeni tanışlıq və görüş vəd edir. Xarici görkəminizə diqqət yetirin. Bu gün imiclə bağlı eksperiment aparsanız peşman olmayacaqsınız.

Tərəzi
Bu gün nə işlə məşğul olursunuzsa olun hamısı faydalı olacaq. Sizin davranışınız ətrafdakıların diqqətini çəkəcək, amma tənqid eşitməyəcəksiniz. Həftəlik yığılıb qalan ev işlərini də tez səhmana salacaqsınız. Bu üzdən istirahət və əyləncəyə də vaxt qalacaq. Ulduzlar şənlənməyinizə etirazını bildirmir.

Əqrəb
Qadınlarla müqavilə bağlamaq üçün məhsuldar gündür. Onlarla ünsiyyətdə olmaq sevinc bəxş edəcək və əhvalınız yaxşılaşacaq. Ehtiyacınız olan yardım, məsləhət və təklifi onlardan alacaqsınız. Axşam saatlarında günün hadisələrini dərindən düşünərək nəticə çıxarmağınıza dəyər.

Oxatan
Başqalarının təcrübəsindən çıxış edərək yaranmış vəziyyətdən çıxacaqsınız. Texniki vəsait almaq baxımından əlverişli gündür. Ətrafdakılarla dil tapmaq asan olacaq. Bu gün başqalarının işinə müdaxilə etməkdən çəkinməyin. Bu sizdə əla alınacaq, sizdən heç kim inciməyəcək.

Oğlaq
Gün kifayət qədər sürpriz gətirəcək. Bugünkü ideyalarınızı dost-tanışlar da dəstəkləyəcək. Ehtimal ki, planlaşdırmadığınız səfər olacaq və əyləncəli yerləri ziyarət edəcəksiniz. Ətrafdakılarda özünüzlə bağlı yaxşı təəəssürat yaradacaqsınız.

Dolça
Əsas odur ki, fikrinizi toplamalısınız. Bu gün işləriniz əvvəlki günlərdən fərqli olaraq daha asan başa gələcək. Uğurunuzu mənasız yerlərə sərf etməyin. Ehtimal ki, külli miqdarda gəliriniz olacaq. Uzaqdan təşrif buyuran adamlarla ünsiyyət qurmaq üçün münasib, o cümlədən xarici dil öyrənmək, başqa xalqların mədəniyyət və ənənlərilə tanış olmaq üçün əlverişli gündür.

Balıqlar
Yaxşı olar ki, əvvəlcədən qurduğunuz plan əsasında hərəkətə keçəsiniz. Uzaqdan gələn xəbər sizi sevindirəcək. Başqa birisi bu xəbərdən istifadə etməmiş hərəkətə keçin. Səyahət üçün əla gündür. Günün maliyyə mənzərəsi də yaxşı olacaq.