Bürclər bu günə nə deyir ?backend

Bürclər bu günə nə deyir ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç
Yeni başlanğıc üçün əla gündür. Yaradıcılıq potensialı yüksəkdir, müxtəlif ideyalara imza atacaqsınız. Yalnız çətinlik məqsəd seçimində özünü büruzə verəcək. Ancaq siz bu tapşırığın da öhdəsindən gələcəksiniz. Tələskənliyə yol verməyin. Bu, həm şəxsi, həm də iş dünyasına şamil edilir.

Buğa
Mövcud əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli gündür. Günün maliyyə mənzərəsinin yaxşı olacağı bildirilir. Bunu nəzərə alaraq sövdələşmə də aparmaq olar, alış-veriş etmək də. Bu günə yeni tanışlıq gözlənilmir.

Əkizlər
Gün maraqlı və əyləncəli keçəcək. hərəkətlərinizi bəziləri yaxşı qəbul etməyə bilər. Ulduzlar buna ciddi əhəmiyyət verməməyə çağırır. Ehtmal ki, gəliriniz olacaq. Bu gün riskli layihələrə girişə bilərsiniz. Axşama sürpriz gözlənilir.

Xərçəng
Qarşınızda ciddi tapşırıqlar durur. Onların həlli üçün etibarlı tanışa ehtiyacınız olacaq. Yardımı iki dəfə istəməyə lüzum yoxdur, çünki əhatənizdə sizi sevənlər çoxdur. Planlaşdırmadığınız alış-verişdən uzaq durmağınız məsləhətdir.

Şir
Sakit və xoş gün yaşayacaqsınız. Gün köhnə tanışlardan biri ilə görüş, işgüzar və dostluq münasibətlərinin bərpası üçün də yararlıdır. Elmi yaradıcılıqla məşğul olan nümayəndələrin yolu açıq olacaq. Günün ikinci yarısında tanışlarınızın sayını artıracaqsınız.

Qız
Bu gün əlinizə götürdüyünz istənilən işin öhdəsindən gəlməklə hamını təəccübləndirəcəksiniz. Başlıcası öz gücünüzə inamı itirməməkdir. Elə ki buna şübhə edərsiniz, onda artıq problemlər də yaranacaq. Baş fırladan romantik macəra yaşayacağınız da gözlənilir.

Tərəzi
Yaranmış situasiyada baş çıxarmaq üçün kifayət qədər gücünüz var. Özünüzə qapılmamaq günün vacib tələbidir. Günün ikinci yarısı arzu və fantaziyalar aləminə səyahət üçün münasib zamandır. Bir balaca praktiklik nümayiş etdirsəniz yaxşı olar.

Əqrəb
Bu gün bir sıra problemlərinizi həll etmək imkanı yaranacaq. Yaxşı olar ki, əvvəlcədən qurduğunuz plan əsasında hərəkət edəsiniz. Vacib iş danışıqlarında proqres gözlənilir. Bürcün ailəli nümayəndələri axşam saatlarında yaxınlarının əhatəsində gözəl vaxt keçirəcəklər.

Oxatan
Günün böyük hissəsi sakit, ancaq məhsuldar keçəcək. Günün ikinci yarısında rəqiblərinizi geridə qoyacaqsınız. Zamanın bu saatları fiziki işlə və ya idmanla məşğul olmaq baxımından da əlverişlidir.

Oğlaq
Sizi narahat edən bir sıra suallara cavab tapacaqsınız. keçmişdə buraxdığınız səhvləri təkrarlamamaq üçün həyatınızı daha düzgün istiqamətə yönəldəcəksiniz. Bu dəyişiklik keçmiş problemləri bir daha qarşınıza çıxarmayacaq.

Dolça
Həyatınızdan zövq alacaqsınız. Heç kim nikbinliyinizi əlinizdən ala bilməz. Xırda çətinliklər isə yumor üçün bir bəhanə olacaq. Bizneslə bağlı fəaliyyətə başlamaq olar. Bu gün əldə etdiyiniz informasiyanın faydasını görəcəksiniz.

Balıqlar
“Balıq”lar üçün vacib və ciddi məsələlər barədə düşünmək zamanı gəlib. Yaxşı müşahidə etmə qabiliyyətiniz sayəsində diqqətə layiq məqamları qaçırmayacaqsınız. Sənədlərə imza atmaq, ictimai tədbirlərdə iştirak etmək üçün əlverişli gündür.