Tribuna İnformasiya Agentliyi

Burak Özçivitin “Diriliş Osman”dan alacağı qonorar dodaq uçuqladır

12 Sentyabr

“Diriliş Osman” serialı ilə ekranlara gəlməyə hazırlaşan Burak Özçivit çəkilişlərə davam edir. 

TİA.AZ  Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun serialdan əldə etdiyi gəlir hamını şoka salıb. Onun gəliri Türkiyənin maqazin proqramlarından birində açıqlanıb.

Məlumata görə, aktyor serialdan aylıq 1 milyon 300 lirə (384 min manat) qonorar alacaq.

Qeyd edək ki, Burak Özçivit tarixi serial üçün atçapma, qılıncoynatma və tarix dərsləri alıb.