“Burada pula ehtiyac yoxdur, ölmək isə qadağandır” – Dünyanın ən maraqlı qəsəbələri (FOTOLAR)backend

“Burada pula ehtiyac yoxdur, ölmək isə qadağandır” – Dünyanın ən maraqlı qəsəbələri (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəziləri bir qayanın altında, bəziləri iki ölkənin ərazisində, bəziləri isə sadəcə bir binada yaşayır.

Bəzilərində pul keçmir, bəzilərində də silah olmadan küçəyə çıxmaq qadağandır!

Musavat.com sizə dünyanın ən qəribə 25 qəsəbəsi haqqında maraqlı məlumatları təqdim edir.

Christiania – Danimarka

Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Christiania qəsəbəsi dünyada azadlıq şəhəri olaraq tanınır. Polisin girmədiyi bu ada şəhərində insanlar müəyyən ictimai asayiş qaydaları çərçivəsində öz qanunlarını tətbiq edərək yaşayırlar.

Avrupa'nın Göbeğinde Vergisiz, Otoriteyi Takmayan, Rengarenk Bir ...

Malta

Aralıq dənizinin ada ölkəsi olan Malta maraqlı bir qəsəbəyə ev sahibliyi edir. Məşhur cizgi filmi personajı “Temel Reis” üçün inşa edilən qəsəbə bu gün turistlərin ən çox ziyarət etdiyi yerlər arasındadır.

Bizi biz yapan seçimlerimizdir.: POPEYE / MALTA/ TEMEL REİS KÖYÜ

Cəhənnəm qəsəbəsi

Amerikada yerləşən bu qəsəbənin niyə belə adlandırıldığını dəqiq bilən olmasa da, ərazidəki bütün obyektlərin adı cəhənnəm mənasını daşıyan “hell” sözü ilə bağlıdır. Lövhələrin qarşısında şəkil çəkdirmək isə ödənişlidir.

Sertar – Çin

Tibetdəki Sertar qəsəbəsinin əhalisinin, demək olar ki, hamısı buddist rahiblərdən ibarətdir. Çox ciddi qaydaların tətbiq olunduğu Sertarda gündəlik həyatda ən vacib texnoloji məhsulların, məsələn, televizorun istifadəsi qadağandır. Sertarda keşişlər müasir tualet qurğularından belə istifadə etmirlər.

Budist rahip ve rahibenin yaşadığı gerçeküstü yer: Sertar

Alaotra – Madaqaskar

Madaqaskarın ada ölkəsində yerləşən Alaotra qəsəbəsi dünyanın ən dəhşətli ənənələrindən birinə sahibdir. Qəsəbədə yaşayan Malagasy qəbiləsi hər il ölən qohumlarını qəbirdən götürür və küçədə rəqs edərək onları gəzdirirlər. Ölənlərin üstünə yeni paltar da qoyan qəbilə üzvləri bunu qohumlarını xatırlamaq, yad etmək üçün etdiklərini bildirdilər.

Alaotra, Madagaskar

Dargavs – Rusiya

Dargavs dünyanın ən maraqlı və sirli yerlərindən biridir. Rusiyanın cənubundakı Qafqaz dağlarının kənarında yerləşən Dargavs dünyanın ən böyük ölü şəhərlərindən biridir. Təxminən min il əvvəl baş verən monqol yürüşü zamanı öldürülən insanlar üçün tikilən Dargavsda ölənlər əşyaları ilə birlikdə dəfn edilib.

Qeyd edək ki, buraya giriş pulludur.

Rusya'nın en gizemli yeri: Ölüler kenti Dargavs - Tatil Seyahat ...

Tək binalı qəsəbə

Alyaskada yerləşən Vittier qəsəbəsində hamı bir binada yaşayır. Çünki böyük bir binadan başqa ətrafda başqa ev yoxdur. Bu səbəbdən qəsəbə sakinlərinin hamısı bir-birinə qonşudur.

İspaniya – Setenil

İspaniyanın Setenil qəsəbəsi böyük bir qayanın altında yerləşir. Bir çox binanın qayanın dibində yerləşdiyi qəsəbə bu xüsusiyyəti ilə hər il turist axınına məruz qalır.

Kayalıkların altında bir kasaba: Setenil de las Bodegas - Tatil ...

Quançjou – Çin

Avstriyanın məşhur tətil şəhəri olan Hallstatt, dünyaca məşhur bir yerdir. Uzaqlığına görə buraya gedə bilməyən çinlilər üçün, Hallstatta bənzəyən bir şəhər qurulub. Buraya da Quançjou adı verilib.

Guangzhou, Çin

Yadplanetlilər qəsəbəsi

Amerikadakı Rosvell qəsəbəsində 1947-ci ildə yaşanan bir hadisə sakinlər tərəfindən hələ də unudulmur. İnsanlar qəsəbədə yadplanetli boşqabının qəza etdiyini iddia edir. Bu səbəbdən ərazi hələ də yadplanetli qəsəbəsi adlanır.

Longir – Norveç

Norveçin ən uzaq məsafədə olan adası Svalbardda yerləşən Longir qəsəbəsi dünyanın ən şimalında olan yaşayış məskənlərindən biridir. İqlimin daha da pisləşməsi səbəbindən bölgədə 70 ilə yaxındır ki, ölənlərin dəfnləri başqa yerlərdə aparılır. Buna görə Longirdə ölmək qadağandır!

Longyearbyen | Koleksiyon 'Dünyadaki En Büyüleyici ve Gözalıcı ...

Sentinel – Hindistan

Hind okeanında yerləşən və Hindistan diyarı sayılan bu adaya xarici vətəndaşların girməsinə icazə verilmir! Bu qadağanı Hindistan rəhbərliyi deyil, adanın sakinləri qoyub. Hələ daş dövrünü yaşayan ada sakinləri buraya gələnləri zəhərli oxları ilə öldürürlər.

Dünya'nın En İzole Toplumlarından Biri 'Sentinel Kabilesi'nin ...

Ikaria – Yunanıstan

Egey dənizindəki bu kiçik ada dünyanın ən uzunömürlü insanlarının evi sayılır. Adada orta ömür uzunluğu 100 ildən çoxdur. Ada xalqı bildirir ki, bu işin sirri yemək vərdişləri və gündəlik qaydalardır.

Musavat.com

Yunan adası Ikaria, Avusturya'ya bağlanmak istiyor!