Burada dövlət qurumları, məmurlar məsuliyyət daşıyır – “Şuşa” qalmaqalı ilə bağlı açıqlamabackend

Burada dövlət qurumları, məmurlar məsuliyyət daşıyır – “Şuşa” qalmaqalı ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını dəyişib. Festivalın ikinci turunda iştirak edəcək komandaların siyahısı KVN-in rəsmi saytında dərc olunub. Siyahıda Azərbaycan komandasının adı “Buta” olaraq qeyd edilib.​
TİA.AZ-ın məlumatınaa görə, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz​ Bakupost.az -açıqlamasında bildirib ki, “Şuşa” adının​ “Buta” ilə əvəz olunması qəbulolunmaz və​ çox biyabırçı hərəkətdir:
“Hansısa beynəlxalq festival təmsilçisi olan hansısa bir Rubenin təkidi ilə Azərbaycanı təmsil edən komanda​ “Şuşa” adını​ “Buta” ilə əvəzləyib.​ Səbəb olaraq ermənilərin bu ada etiraz etməsi göstərilib. Əlbəttə, güman etmək olar ki, məsul şəxslər bu cür ağlasığmaz səhv addımı xoş niyyətdən, daha irəli çıxmaq üçün, Azərbaycan adını ucaltmaq məqsədilə ediblər. Amma, təəssüf ki, lazımı anda düzgün qərara gələ bilməyiblər, milli qürur, milli maraq və beynəlxalq hüquq məsələsini koorporativ maraqlara qurban veriblər. Burada daha çox komandanın arxasında duran dövlət qurumları, cavabdeh məmurlar da məsuliyyət daşıyır. Düşünmək olar ki, komanda rəhbərliyi bu ad dəyişikliyini hansısa məsul şəxslərlə, məmurlarla məsləhətləşməklə veriblər. Görəsən kimlər cavabdeh olub bu məsələyə? Komandanı göndərən təşkilatçılarımız fərqində olmayıblar ki, bu qədər tökülən qanlardan sonra,​ minlərlərlə şəhidin qanı hesabına azad olunan torpaqların adı,​ Şuşa adı, Qarabağ adı sadəcə ad deyil,​ bizim üçün hər şeydir.
Xatırladım ki, Vətən Müharibəsinin qızğın çağında McDonald’s, KingBurger və PapaJohn’s kimi qlobal şirkətlərin Azərbaycan nümayəndəliklərində də oxşar problemlər olmuşdu. Bu qlobal şirkətlər ANCA erməni lobbisinin təkidi ilə “Qarabağ Azərbaycandır” paylaşımını Azərbaycan nümayəndəliklərinin​ saytlarından sildirmişdilər. Sonradan bəziləri səhvləri anlamış, ciddi ictimai təpkilərdən sonra üzrxahlıq etmişdilər.
Təəssüf ki, aidiyyatı qurumlar baş verənlərlə bağlı nə müharibə zamanı, nə də müharibədən sonra ciddi tədbirlərlər görmədiyindən oxşar hadisələr təkrarlanır.​ Ümid edək baş verənlərə rəsmi qurumlar ciddi qiymət verəcək və​ gələcəkdə təkrarlanmaması üçün zəruri addımlar atılacaq”.