Bura daha çox istidir…backend

Bura daha çox istidir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 120 ilin ən isti günlərini yaşayan ölkəmizdə hələ indidən qışın arzusunu quranlar var. Mütəmadi olaraq istiliyin 40 dərəcəni keçməsi insanların yaşam şəraitində çətinliklər törətməyə başlayıb. Bizim üçün anomal olan bu istilər, bir çox ölkələrdə sərin günlər kimi qeyd olunur. 

Yayın qızmar günlərində içinizə bir az da olsun su səpmək üçün “Qafqazinfo” dünyanın ən isti 5 yerini təqdim edir:

Banqkok

Dünyanın ən bahalı və turistik mərkəzlərindən olan Banqkok Dünya Meteorologiya Təşkilatı tərəfindən yer kürəsinin ən isti şəhəri seçilib. Burada illik ortalama istilik dərəcəsi 27,7 dərəcə C-dir. Ən isti günlər bəzən dekabr ayının sonu, yanvar ayının əvvəllərinə kimi uzanır.

Rub al Khali

Yer kürəsinin ən böyük qum səhrası olan Rub al Khali Ərəbistan yarımadasının üçdə bir hissəsini tutur. Ortalama istilik dərəcəsi 56-dan yüksək olan bu səhradan keçmək insanlar üçün, demək olar ki, mümkünsüzdür. Sadəcə 2013-cü ildə 3 nəfər köməksiz səhranı keçə bilib.

Ölüm Vadisi

Kaliforniyada yerləşən Ölüm Vadisi Şimali Amerikanın həm ən soyuq, həm də ən isti nöqtəsidir. 2012-ci ildən etibarən bu ərazi ən yüksək hava dərəcəsi rekordunun sahibidir. Burada yaşayış çox çətin olsa da, ərazinin daimi sakinləri var. Maraqlıdır ki, il boyu qupquru, bozumtul çöllük yağış yağdıqdan sonra möcüzəli şəkildə dəyişir. Belə ki, dağlar qır çiçəkləri il təpədən aşağı bəzənir. Bundan başqa, vadi gəzən daşlarla da məşhurdur.

Yanan dağlar

Tiyanşan sıra dağlarının bir hissəsi olan bu dağlar qırmızı qumdaşının aşınması nəticəsində alova bənzər forma alıb. Ancaq adının mənası sırf vizual görünüşünə görə deyil. Dağlar həqiqətən yanır və yandırır. Ortalama istilik dərəcəsi 48 C olsa da, burada istilik 2008-ci ildə 66,8 dərəcəyə qədər yüksəlib. Dağın qumunda asanlıqla yumurta bişirmək, daşlarda çörək qızartmaq mümkündür.

Avstraliya kanyonları

Avstraliya yer kürəsində ən quraq qitədir və mərkəz ərazilərin böyük bir hissəsi çöldür. Burada istiliyin ölçülməsində böyük çətinliklər yaşanır. 2002-ci ildə ildə başlayan quraqlıqdan sonra 2003-cü ildə burada istiliyin dərəcəsi 69 C-ə yüksəlib.

Lut çölü

Hər hansı bir canlının yaşamadığı İran ərazisində yerləşən böyük bir duz səhrası. Dünyanın ən isti yeridir və boşluq çölü adlanır. Burada heç kim müntəzəm olaraq istilik dərəcəsini ölçə bilməyib. Texnologiya vasitəsilə öyrənilib ki, 2004-2009-cu illərdə dünyadakı ən yüksək istilik dərəcəsi burada olub. Hətta 2005-ci ildə burada istilik ən yüksək həddə çataraq 70,7 C dərəcəni göstərib.