Bunu çoxları bilmir: 60 manat cərimə oluna bilərsinizbackend

Bunu çoxları bilmir: 60 manat cərimə oluna bilərsiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürücülərin mütəmadi pozduğu qaydalardan biri də yolayrıcının keçilməsi qaydasıdır. Əksər sürücü nizamlanmayan yolayrıcında, xüsusən də üstünlük nişanları olmayan yolayrıcında hansı istiqamətdən gələn nəqliyyat vasitələrinin üstün olduğunu bilmirlər. Üstünlük nişanları olmayan yolayrıcında hərəkət edən bir çox sürücü “yol düzünə gedənindir” prinsipi ilə hərəkət edərək qaydaları kobud şəkildə pozurlar.

Bəs bu cür yolayrıcında hansı istiqamətdən gələn nəqliyyat vasitəsi üstündür?

TİA.AZ  Avtosfer.az-a istinadən xəbər verir ki, “Yol Hərəkəti Haqqında” Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir.

Eyni əhəmiyyətli yolların kəsişməsi o deməkdir ki, yəni həmin kəsişmədə heç bir üstünlük nişanı yoxdur. Belə olan halda yollar eyni əhəmiyyətli olmuş sayılır.

Qanunvericilikdə də qeyd olunub ki, bu cür yolayrıclarında sağdan gələn nəqliyyat vasitələri üstünlüyə malikdir.

Bəs bu cür yolayrıcında hansı istiqamətdən gələn nəqliyyat vasitəsi üstündür?

Lakin təəssüf hissi ilə bildiririk ki, sürücülər bu klassik qaydadan xəbərsizdir. Qayda pozduqları halda isə özlərini haqlı saymağa çalışırlar.