backend

Bunlar yuxu müddətini azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli həkim Fuad Özgən insanların 50 il əvvəllə müqayisədə ortalama 1 saat daha az yatdığını bildirib. 

Türkiyəli həkim Fuad Özgən insanların 50 il əvvəllə müqayisədə ortalama 1 saat daha az yatdığını bildirib.

TİA.AZ xəbər verir ki, o, televizor, son illərdə isə internet və sosial şəbəkələrin yuxu müddətini azaldan amillərdən olduğunu qeyd edib. Həkim qarşıdakı illərdə yuxu müddətinin azalmağa davam edəcəyini də vurğulayıb.

İnsanların 96 faizinin 6-8 saat yatdığını qeyd edən Özgən digər 4 faizlik qrupdakılara 3-4 saat yuxunun kifayət etdiyini bildirib. 

Həkim gecə yuxusunun daha keyfiyyətli olduğunu vurğulayaraq, bu müddət ərzində yatmağın vacibliyini qeyd edib. İnsanların yuxu saatından kəsərək sosial şəbəkələrdə, kompüter arxasında zaman keçirməsindən bəhs edən Özgən bunları deyib:

“Bir çoxları yatarkən telefonlarını yanına qoyur. 

Bunların hamısı yuxu müddətini azaldan və keyfiyyətini aşağı salan faktorlardır. 

Məsələn, telefonda, yaxud kompüterdə strategiya oyununu oynadığın zaman bədənin enerjisi istər-istəməz azalır. 

Bu formada yatdığın zaman yuxunun keyfiyyəti müqayisə olunmayacaq dərəcədə aşağı düşür”.

Özgən yaxşı bir yuxu şəraitinin şəxsə görə dəyişdiyini də vurğulayıb. 

O, “Yuxu gigiyenası” qaydalarına görə, xoruldama, narahat ayaq sindromu kimi vəziyyətlərdə sağlam yuxu üçün cütlüklərə ayrı yataqlarda yatmalarının tövsiyə edildiyini bildirib. 

Böyüklərlə müqayisədə uşaqların yuxuya daha çox ehtiyacının olduğuna diqqət çəkən Özgən 2 yaşlı uşaqların gün ərzində 18 saat, məktəb dövründə isə 7-8 saat yatdığını bildirib.

Həkim yuxunun insan həyatında çox önəmli rolu olduğunu, yuxu zamanı bədənin dincəldiyini və enerji topladığını deyib.