Bundan sonra Litvanın Belarus ilə sərhədini “Frontex” qoruyacaqbackend

Bundan sonra Litvanın Belarus ilə sərhədini “Frontex” qoruyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Sərhəd və Sahil Agentliyi “Frontex”in ilk 6 əməkdaşı Litva və Belarus sərhədinə gəlib. Onlar Litva sərhədçilərinə Belarus ərazisindən Avropa Birliyinə gedən miqrantlarla mübarizə aparmağa kömək edəcəklər.
TİA.AZ bu haqda məlumatı BNS agentliyinə istinadla verir.
Statistikaya görə, 2021-ci ilin əvvəlindən bu yana Litva sərhədçiləri 672 qanunsuz miqrantı dayandırıb. Bu, 2020-ci ilə nisbətən 8 dəfədən çoxdur. Eyni zamanda, Minskdə qanunsuz olaraq Avropa Birliyinə girmək istəyən təxminən 1,5 min qaçqın ola bilər. Üstəlik, siyahıları Bağdad və İstanbuldan gələnlər tamamlayır.
Təhlükəsizlik qüvvələri Kapçamestis və Druskininkanın iki sərhəd zastavasında yerləşəcək. Zamanla onların sayı 30 nəfərə çatdırılacaq.