Bundan sonra Belarusda jurnalistlər də aksiya iştirakçısı hesab ediləcəkbackend

Bundan sonra Belarusda jurnalistlər də aksiya iştirakçısı hesab ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus parlamentinin aşağı palatasına jurnalistlərin qanunsuz aksiyaların iştirakçısı kimi tanınmasına imkan verən qanun layihəsi təqdim edilib.

TİA.AZ xəbər verir ki, bu haqda Belarus Nümayəndələr Palatası komissiyasının rəhbəri Gennadi Davıdko bildirib.

Millət vəkilinin sözlərinə görə, təşəbbüsdə jurnalistin iştirakçılarla gəzib şüarlar səsləndirməsi halında bunun baş verə biləcəyi qeyd olunur. Davıdko qeyd edib ki, əlbəttə, ofisdə oturub, baş verən hadisələri təsvir edən jurnalist etirazçılarla eyniləşdirilə bilməz.

“Jurnalistin qeyri-qanuni bir aksiyanın iştirakçısı kimi təsnif edilməsi meyarları açıq şəkildə yazılacaq”, – Belarus millət vəkili deyib.