Bulvarda özünü öldürən tələbə qızla bağlı İLGİNC FAKT – Müəllimi açıqladıbackend

Bulvarda özünü öldürən tələbə qızla bağlı İLGİNC FAKT – Müəllimi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

TİA.AZ xəbər verir ki, özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadə təhsil üzrə ekspert Elçin Əfəndinin tələbəsi olub. Bunu təhsil eksperti sosial şəbəkə hesabında paylaşaraq bildirib.

Sözügedən postda qeyd olunur:

“Çox pisəm. Dəhşət pisəm. 2017-ci ildə Nəzakət Rzazadə adlı tələbəm 667 balla Tibb Universitetinə qəbul olmuşdu. O balı toplaması üçün əlimdən gələni etdim onun üçün. İndi xəbər gəldi ki, özünü Xəzərə atıb və hal-hazırda meyiti tapılmır. İndicə atası ilə danışdım. Tapmırlar. Dəhşətdir”.

Qeyd edək ki, hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

big.az