Tribuna İnformasiya Agentliyi

Bulvarda bayram havası: sürprizlər, canlı musiqi… – Foto

22 Dekabr

Dənizkənarı Milli Parkda bu gündən Yeni il tədbirlərinə start verilib.

Kult.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat verib.

O bildirib ki, bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq:

“Dənizkənarı Bulvar İdarəsi artıq bayram hazırlıqlarını yekunlaşdırıb. Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər, canlı musiqi gözləyir. Dənizkənarı Milli Parkda Yeni İl tədbirləri iki həftə ərzində davam edəcək. Gəlin, rəqs edin, əylənin!”